"Qarabağ"ın qrup oyunları Bakı Olimpiya Stadionunda

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadion böyük ölçüdə dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, tarixində dördüncü dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul etməyə hazırlaşır. Bununla bağlı UEFA-ya müraciət edilib.

Əgər UEFA-dan müsbət cavab alınsa, "Qarabağ"ın Avropa Liqasının finalını qəbul etməyə hazırlaşan stadionda ilk matçı okatyabrın 4-də "Arsenal"a qarşı baş tutacaq.

Oktyabrın 25-də "Vorskla" və noyabrın 29-da "Sportinq"lə görüşlərin də ölkənin ən böyük stadionunda keçirilmək ehtimalı var.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdi. "Qarabağ" bu mövsüm təsnifat mərhələ matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Ötən mövsüm təmsilçimiz Çempionlar Liqasında qrup matçlarını Olimpiya stadionunda keçirmişdi.

Əlavə edək ki, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda baş tutacaq. Həlledici matç mayın 29-da reallaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right