"Azərbaycanda azarkeşlər çılğındır" - "Arsenal"ın qapıçısı

"Arsenal"ın qapıçısı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırladan alman qolkiper bildirib ki, ölkəmizdə azarkeşlər çılğındır: "Meydan çox yaxşı və  azarkeşlər çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu".

O, maraqlı oyunlar olacağını deyib.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right