"Vorskla"nın prezidenti: "Ən çətin qrupda yer almışıq"

"Çox yaxşı qrupdur. Biz də elə bunu gözləyirdik. Doğma meydanımızda azarkeşlərimizə gözəl, baxımlı futbol göstərmək istəyirik. Qrupda İngiltərə və Portuqaliya nəhəngləri, həmçinin elə də asan rəqib sayılmayan "Qarabağ" yer alıb. Sona qədər mübarizə aparacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Ukraynanın "Vorskla" klubunun prezidenti Roman Çernyak deyib.  

O, Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib və "Arsenal"ın çox güclü rəqib olduğunu bildirib. Klub rəsmisi qrupdakı digər rəqiblərin onlara başağrısı olacağını söyləyib: "Arsenal"ı bizim üçün ən ciddi adlandırmaq olar. "Qarabağ" yaxşı komandadı, "Sportinq" də öz növbəsində. İnanıram ki, azarkeşlərimiz doğma meydanda keçirəcəyimiz matçlarda bizi tək qoymayacaqlar. Belə oyunlarda onların dəstək verməsi olduqca önəmlidir".

Çernyak Avropa Liqasının qrup mərhələsinə qədər irəliləmələrini gördükləri işin bəhrəsi adlandırıb: "Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün böyük sevincdir. Bütün şəhər sakinləri, azarkeşlərimiz sevinir. Başa düşürük ki, bundan sonrakı mərhələdə asan rəqiblər olmayacaq.  Bir tərəfdən də, bu, ötən il ortaya qoyduğumuz işin nəticəsidir".

Klub prezidenti hədəflər barədə danışmaq istəməyib. O, bu barədə rəqibləri ciddi analiz etdikdən sonra açıqlama verməyi üstün tutub: "Bütün qruplara nəzər yetirdim. Biz ən çətin qrupda yer almışıq.  Gəlin, hər şeyi fikirləşək, sonra hədəflər barədə danışarıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right