Unai Emeri: "Qarabağ"la oyun çətin keçəcək"

Avropa Liqasında "Qarabağ"la eyni qrupa düşən "Arsenal"ın baş məşqçisi Unai Emeri İngiltərə mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandanın son durumundan və Avropa Liqasındakı şanslarından danışıb.

- Premyer Liqada 3 oyun keçirmisiz və 1 qələbə qazanmısız. Komandadan nə dərəcədə razısınız?
- Biz inkişaf edirik. Cəmi üç oyun keçirmişik. Artıq oyun sistemi uyğunlaşmaqdadır. Komanda müsbətə doğru gedir. Bundan da yaxşı olacağına inanıram.

- Məsut Özil son oyunda oynamamışdı. İndi vəziyyəti necədir?
- O, məşqlərə başlayıb. Vəziyyəti yaxşıdır.

- Məsut Özili komandada görmək istəmədiyiniz barədə fikirlər var. Bu, düzgündür?
- Mən sizi tanıyıram. Yaxşı və olduqca təcrübəli jurnalistsiniz və sizə hörmətim böyükdür. Amma bu yazılanlar doğru deyil. Özilə ehtiyacımız var.

- Avropa Liqasının püşkü barədə fikirləriniz necədir?
- Həftədə iki-üç dəfə oyun keçirmək güclü fiziki durum tələb edir. Bu tempə oturmalıyıq. Uzun fasilədən sonra beynəlxalq arenaya qayıdırıq. İstərdik burada uzun yol qət edək. Biz bu turnirdə çoxlu futbolçunun xidmətindən yararlanacağıq. Qrupdakı hər üç komandaya hörmət edirik. Bəli, bir daha səsləndirirəm ki, bu yarışda uzun yol getmək istəyirik. Avropa Liqasının qalibi olmaq istəyirik.

- "Qarabağ"la oyun üçün uzun yol qət etmək lazımdır.
- Uzun səfərlər ağır olur. "Qarabağ"la oyun üçün yolumuz uzun olacaq. Belə oyunlar çətin keçir.

- Bu düzdür ki, siz bazada meyvə şirəsi içməyə futbolçulara qadağa qoymusuz?
- Bəli, bunu qadağan etmişəm, çünki tərkibində şəkər çoxdur.

- Komandadan ayrılan futbolçu olacaq?

- Xeyr, sıralarımızı tərk edən olmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right