“Arsenal”ın baş məşqçisindən “Qarabağ”la oyunlarla bağlı

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Newsport.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Unay Emeri püşkatma haqqında klubun saytına fikirlərini bildirib: 

“Hər üç komandaya hörmətlə yanaşırıq. Uzaq ölkələrə səfər edəcəyik. Bizi fərqli oyunlar gözləyir və hər birində də uzun səyahətə çıxacağıq. Komandaların əhval-ruhiyyəsi yüksəkdir. Bu turnirə yüksək maraq göstərməliyik. Avroliqada çoxlu təcrübəm var. Bacardığımız qədər irəliyə getməliyik. Hər oyuna yüksək səviyyədə hazırlaşmalıyıq”.

Unay Emeri "Sevilya"nın "sükanı arxasında" 3 dəfə Avropa Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right