Pedro və Almeyda "Astana"nı qrupa çıxardı

Millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, APOEL-lə qarşılaşan Qazaxıstan klubu oyunun əsas vaxtında qapısını toxunulmaz saxlayaraq 1 qol vurub. "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib. İki görüşün nəticəsi eyni olduğu üçün əlavə vaxta ehtiyac duyulub.Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada  "Astana" R.Almeyda və P.Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, P.Enrike start heyətdə meydana daxil olub. R.Almeyda isə 53-ci dəqiqədən matçda iştirak edib və  4 dəqiqə sonra sarı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right