"Qarabağ" - "Şerif": nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Şerif” oyununa bilet satışı davam edir.

Ağdam klubundan Newsport.az-a verilən məlumata görə, qarşılaşmaya cəmi 17 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right