"Şerif" Bakıya gəldi

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Şerif" klubu Azərbaycana gəlib.  

Newsport.az-ın məlumatına görə, Tiraspol təmsilçisi bu gün səhər saatlarında Bakıya çatıb. "Şerif" Kişinyov - Bakı səfərini həyata keçirəcək çarter reysi tapa bilməyib. Klub Bakıya "Türk Hava Yolları"nın Kişinyov-İstanbul-Bakı tranzit reysi ilə səfərini yekunlaşdırıb.

 

Moldova təmsilçisi Bakıdakı "Bulvar" otelində məskunlaşıb. Komanda bu gün axşam saatlarında Tofiq Bəhramov adın Respublika Stadionundan son məşqini edəcək. 

 

Qeyd edək ki, tərəflər arasındq baş tutan ilk oyunda "Şerif" 1:0 hesablı qələbə qazanıb.

 

Xatırladaq ki,“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. 


 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right