"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) oyununa bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, avqustun 30-da keçiriləcək qarşılaşmaya artıq 12 min bilet satılıb. Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib.

“Qarabağ” - “Şerif” qarşılaşması aqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub.

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar), 28 Mall ticarət mərkəzində və Sumqayıtda həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right