"Qarabağ" çox güclü rəqibdir" – "Şerif"in futbolçusu

“Şerif”in yarımmüdafiəçisi Rifet Kapiç klubun rəsmi saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununda komandasına qələbə gətirən qolun müəllifi Ağdam klubu ilə Bakıda keçiriləcək cavab matçına da toxunub.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Oyun çətin və ağır alındı.Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha yaxşı oynadıq və layiqli qələbə qazandıq. Əsas odur ki, sakitliyimizi və konsentrasiyamızı qoruyuruq. Bakıya sərfəli nəticə ilə gedirik.

 


- Qol vurduğunuz epizodu necə xatırlayırsınız?

- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyundan sonra həqiqətən çıxışımızdan razı qaldım. Qol vurub komandama kömək edəndə özümü xoşbəxt hiss edirəm. Hər oyunda əimdən gələni etməyə çalışıram.

- Qol vurmaq üçün bir neçə şansınız oldu. Üstünlüyünüzü artırmaq üçün nə çatmadı?

- İkinci qolu vurmağı çox istəyirdik. Bir neçə yaxşı imkanımız oldu. Təəssüf ki, hücumlarıməntiqi sonluqla başa çatdırmaq üçün konsentrasiya çatmadı. İstənilən halda,biz nəticədən razıyıq.

- Cavab matçı necə olacaq?

- Çətin oyun olacaq. Özümə vəkomandama inanıram. Müdafiədə yığcam oynayıb, öz şansımızı gözləməliyik. “Qarabağ” güclü rəqibdir, amma təkrar edirəm, artıq ilk oyunda sərfəli nəticə qazanmışıq. Səfərdə də bunu etməliyik.

- “Qarabağ”ın cavab oyununda erkən qol vurmağa çalışacağını gözləmək olarmı?

- Bəli, razıyam, ilk dəqiqələrdən hücum edib erkən qol vurmağa çalışacaqlar. Bizim də özümüzəməxsus güclü tərəflərimiz var. Öz oyunumuza köklənməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right