“Qarabağ” - “Şerif” matçının biletləri Sumqayıtda satışda

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi cavab oyununun bilet satışı Bakı şəhərinin 3 nöqtəsində davam edir.

Newsport.az-ın məlumatına görə, Sumqayıt şəhərində yaşayan “Qarabağ” azarkeşlərinin çoxluğunu nəzərə alan Ağdam klubu bu gün saat 19:00-dan etibarən Sumqayıt şəhərində yerləşən "Bazarstore-1"də bilet satışına start verib.

Qeyd edək ki, bilet satışı Bakıda Respublika stadionun kassalarında, Qarabağ FK fan-şopda (Park Bulvar) və 28 Mall ticarət mərkəzində həyata keçirilir. Bununla yanaşı, azarkeşlər iticket.az saytından onlayn olaraq da biletləri əldə edə bilərlər.

“Qarabağ” - “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyun rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right