Əliyar Ağayev Avropa Liqasında növbəti oyununu idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avrokuboklarda növbəti oyununu idarə edib.

Newsport.az-ın məlumatına görə, o, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Gent” – “Bordo” oyununu idarə edib. 

Belçikada baş tutan qarşılaşmadan qol səsi çıxmayıb. Əliyar Ağayev bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub. Gənc referimiz oyunun 41 və 90+3-cü dəqiqəsində “Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.

Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right