Almeyda heyətə düşə bilmədi, "Astana" "Qarabağ"ın aqibətini yaşadı

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran və Avropa Liqasına yuvarlanan Qazaxıstanın “Astana” klubu da bu gün sözügedən turnirdə ilk matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi sözügedən klub səfərdə Kiprin APOEL komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Millimizin üzvü bu görüşün iştirakçısı olmayıb. Almeyda sonadək ehtiyatda qalıb.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Astanada keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right