SON DƏQİQƏ! Rəşad Sadıqov "Şerif"ə qarşı oynamaya bilər!

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionunun kapitanı Rəşad Sadıqov qarşılaşmanı buraxa bilər.  

Əldə etdiyimiz məlumata görə, Sadıqov iki gündür yüksək hərarət, titrətmə səbəbindən məşqlərə də qoşulmur. O, bu dəqiqələrdə oyuna adaptasiya olmaq üçün fərdi məşq edir. Rəşadın meydanda olub-olmayacağı matç vaxtı bəlli olacaq. Böyük ehtimalla kapitanı start heyətində görməyəcəyik.

Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu bu axşam Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

 Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right