"Qarabağ" "Şerif"ə uduzdu Yenilənib

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunun qonağı olacaq. 

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. 

 

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu


21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0 
Qol: 
Rifet Kapiç, 8 
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right