Öncə Sabliç, sonra Qurbanov

Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında baş tutacaq ilk oyundan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu gün Bakı vaxtilə 16:00-da "Şerif" stadionunda meydan sahiblərinin baş məşqçisi Qoran Sabliçlə kapitanları Mateo Suşiçin media mənsublarının önünə çıxacaqlar. Rəqib son hazırlığı öz stadionunun 1-ci məşq meydançansında keçirəcək. Bakı vaxtilə saat 20:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

"Qarabağ"ın baş məşqisi Qurban Qurbanovun mətbuat konfransı isə "Şerif" stadionunda Bakı vaxtilə saat 19:40-da keçiriləcək. Bundan 20 dəqiqə sonra həmin arenada Ağdam təmsilçisinin son məşqi başlayacaq və onun da ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

"Şerif" - "Qarabağ" oyunu avqustun 23-də "Şerif" stadionunda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right