"Qarabağ" - "Şerif": biletlər satışa çıxarıldı

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Şerif” (Moldova) matçının biletləri artıq satışa çıxarılıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq, 1, 2, 3, 5 və10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır.

Biletlər "Qarabağ"ın "Park Bulvar"dakı fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, "28 Mall"-da və onlayn olaraq “iTicket.az” saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - "Şerif" matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı "Şerif" idman kompleksinin stadionunda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right