"Şerif"in kapitanı: "Qarabağ"ın nəyə qadir olduğunu bilirik"

"Bizi ağır oyun gözləyir. "Qarabağ" çox səviyyəli komandadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri sabah Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ı qəbul edəcək "Şerif"in futbolçusu Mateo Suşiç deyib. Komandanın kapitanı "Qarabağ"ın nəyə qadir olduğunu bildiyini deyib: "Ötən mövsüm bu komanda ilə qarşılaşmışıq. Rəqibin nəyə qadir olduğunu bilirik. Bizim şansımız var. Ardıcıl 2 mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qalib gəlməyə çalışacağıq".

Bosniya və herseqovinalı futbolçu həm ev, həm də səfər görüşündə inamlı oynamaq istədiklərini bildirib: "Ötən mövsüm "Qarabağ"la ÇL-in III təsnifat mərhələsində qarşılaşdıq. İlk oyunumuzu Bakıda, cavab görüşünü isə evdə keçirmişdik. Lakin öz meydanımızda məğlub olmuşduq. Bu mövsüm avrokubok oyunlarında səfərdə inamlı çıxış etmirik. Bu dəfə həm səfərdə, həm də evdə yaxşı çıxış etmək istəyirik".

27 yaşlı futbolçu "Qarabağ"ı səviyyəli komanda adlandırıb: "Ötən mövsüm "Qarabağ" özünü yaxşı göstərdi. Rəqibin heyətində səviyyəli futbolçular var. Bu da onların necə güclü olduğunu göstərir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right