"Qarabağ" üçün uğursuz hakim

Avropa Liqasının pley-off mərhələsinin "Şerif" (Moldova) - "Qarabağ" matçında baş hakim avstriyalı Harald Lexner olacaq. Ona Andreas Heydenreix və Maksimilian Kolbitş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberqer yerinə yetirəcək.

Newsport.az-ın məlumatına görə, FİFA referisi ilk dəfə "Qarabağ"ın görüşünü idarə edəcək.

Lexner milli komandamızın 3 oyununa təyinat alıb. Avstriyalı referi 1 seçmə, 2 yoldaşlıq oyununda millimizin matçında fit çalıb.

2015-ci il iyunun 7-də millimizin Serbiyaya 1:4 hesabı ilə uduzduğu görüşdə ədaləti Lexner qoruyub. Həmin ilin sentyabrın 6-da isə Lexner Maltada AÇ-2016-nın seçmə oyununda komandamızı qarşılaşmasında ədalət sahibi olub. Həmin matçda qalib müəyyənləşməyib – 2:2. Avstriyalı meydan sahiblərinə 1 sarı vərəqə də verib. Lexner millimizin Avstriyada Andorra ilə 0:0 hesablı heç-heçə etdiyi yoxlama qarşılaşmasını da idarə edib.

Harald Lexner klublarımızdan "Qəbələ"nin oyununda ədalət sahibi olub. O, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "qırmızı-qaralar"ın səfərdə "Anderlext"ə 1:3 hesabı ilə uduzduğu görüşü idarə edib. Lexner təmsilçimizin heyətində Rikardinyo və Asif Məmmədova, meydan sahiblərindən isə Uroş Spayiçə sarı vərəqə vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right