"Şerif" - "Qarabağ" oyununun hakimləri açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə MOldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, sözügedən matçı Avstriyadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenreix və Maksimilian Kolbitç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yulian Vaynberqer yerinə yetirəcək. Hakim-inspektor Vladimir Petrov (Ukrayna), UEFA nümayəndəsi Teyvo Holapaynen (Finlandiya) olacaq.

Sözügedən oyun avqustun 23-də, Bakı vaxtı ilə 21:00-da baş tutacaq. Cütün cavab görüşü 1 həftə sonra Bakıda saat 21:00-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right