Hakimlərimiz “Kayrat”ın qələbəsinə şahidlik etdilər

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Kayrat” (Qazaxıstan) - “Az Alkmar” (Hollandiya)  oyununu FİFA referisi Əliyar Ağayev idarə edib. 

Newsport.az-ın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

Almatı şəhərindəki “Ortalyk” stadionunda keçirilən qarşılaşma “Kayrat”ın 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Eseolanın dubl etdiyi matçda Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 2 üzvünü sarı vərəqə ilə cəzalandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right