"Honved" Qəbələ"dən daha təhlükəlidir" "Proqres"in rəsmisi

"Honved" cütün favoritidir. "Qəbələ" ilə oyunda olduğu kimi, biz yenə də autsayderik". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Lüksemburqun "Proqres" klubunun idman direktoru Tomas Qilqemann deyib.

Klub rəsmisi Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Macarıstanın "Honved" klubunu I mərhələdə üstələdikləri "Qəbələ" ilə müqayisə edib. Qilqemann "Honved"in hücumda daha təhlükəli olduğunu deyib: "Qəbələ" və "Honved" tam fərqli komandalardır. "Honved" daha təhlükəli komandadır. Azərbaycan klubu ilə oyunda olduğu kimi, səfərdə müdafiədən oynayacağıq. Ancaq diqqətli olmaq lazımdır. Çünki "Honved"in hücum xətti daha güclüdür".

Qeyd edək ki, "Proqres" "Qəbələ"ni Azərbaycanda 2:0 hesabı ilə məğlub etmişdi. "Qəbələ" cavab matçında 1:0 hesabı ilə qalib gəlsə də, "Proqres" mərhələ adlamışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right