“Təəssüf ki, bunu edə bilmədik” - Bordin

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Macarıstanda “Uypeşt”ə 0:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis nəticəni şərh etdi.

- İki qoldan sonra vəziyyətimiz ağırlaşdı. Təəssüf ki, ikinci hissənin əvvəlində daha bir qol buraxdıq. Daha sonra hücuma atıldıq və yenə qol buraxdıq. Çox məyusam. Bura gəlib bizi dəstəkləyən azarkeşlərə görə də üzülürəm.

- Qalib heyəti, qalib taktikanı dəyişməzlər. Əla ev oyunundan sonra nəyə görə, taktikanı dəyişdiniz?
- Kim deyir ki, qalib gəldikdə taktikanı dəyişməzlər? Bəli, belə deyim var, ancaq hesab edirəm ki, erkən 2 qol komandama çox pis təsir etdi.

-  “Uypeşt” sizi nə ilə təəccübləndirdi?
-  Bizə mənfi təsir edən ilk iki qol oldu. Bəlkə də mənim səhvim idi ki, yarımmüdafiəni daha irəli xətdə oynatmadım.

-  Bakıdakı matçda “Uypeşt”in iki futbolçusu oynamamışdı. Buna hazır idinizmi ki, bu iki futbolçu oyunda dönüş yarada bilər?
-  Bu, artıq tarixdi. Ancaq onlar kifayət qədər yaxşı təsir bağışladılar.

-  Müdafiə xəttindən razı qaldınız?
-  Qalib gəldikdə də, məğlub olduqda da bunu komanda şəklində edirsən. Gəlin, günahı bir xəttin oyunçularının üzərinə atmayaq.

-  Emin Mahmudovun meydanda görməməyimizin səbəbi nə idi?
-  Xüsusi bir səbəbi yoxdu. Taktiki cəhətdən belə oynamağı üstün tutdum.

-  İlk oyunda pressinq hesabına üstünlük qazanmışdınız. Bu gün niyə bu addımı atmadınız?
-  Bilirdik ki, rəqib hücum edəcək və belədə, normaldı ki, oyunu müdafiədən qurduq. Oyunu əks-hücumda qurmaq istəyirdik. Təəssüf ki, istəyimizi həyata keçirə bilmədik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right