"Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi" - "Keşlə"nin hücumçusu

"Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlh hissədə 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq".

Newsport.az-ın məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında Malta "Baltsa"nı üzərində 2:1 hesablı qələbdən sonra "Keşlə"nin futbolçusu Bahodir Nasimov deyib.

Özbəkistanlı hücumçu bildirib ki, səfərdə 1:4 hesablə uduzduqlarına görə mübarizəni dayandırdıqları üçün məyusdurlar: "Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Amma uduzduq. Bundan sonra çempionata hazırlaşacağıq. Həyat davam edir. Bütün gücümüzü Azərbaycan çempionatına qoyacağıq. Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Amma alınmadı. Çox sayda qol vəziyyətləri yaratdıq. Rəqib bir zərbə vurdu, o da qol oldu".

Nasimov "Keşlə"yə transferindən də danışıb: "Komandaya yeni qoşulmuşam. Tezliklə uyğunlaşmaq istəyirəm. Azərbaycana dönmüşəm. "Neftçi"dəki kimi özümü göstərməli, "Keşlə"yə kömək etməliyəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right