"Hesabı erkən açsaq, yaxşı nəticə qazana bilərik" "Uypeşt"in futbolçusu

"Neftçi" güclü komandadır, onlar bunu ilk oyunda sübut etdilər.  Ancaq biz təslim olmaq niyyətində deyilik. Növbəti mərhələdə "Sevilya"nın gözləməsi bizə əlavə motivasiya verir. Ulduz futbolçuları Budapeştə gətirmək istəyirik".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Uypeşt" klubunun futbolçusu Soma Novotnı deyib.   

24 yaşlı futbolçu bu gün keçiriləcək cavab qarşılaşması haqda danışıb. Novotnı viza problemi ucbatından Bakıdakı qarşılaşmanı buraxan Obinya Nvobodo və Alassane Diallonun cavab qarşılaşmasındakı iştirakının onlar üçün vacib olduğunu söyləyib.

Hücumçu erkən qol vurmaq niyyətində olduqlarını açıqlayıb: "Oyuna tam heyətlə hazırlaşırıq və bu, bizim üçün üstünlük ola bilər. Nvobodo ilə Diallo bir-birilərini çox yaxşı başa düşürlər və komandaya faydalı olurlar.  Sürətli, enerjili oyun sayəsində digər futbolçuları da rahatladırlar.  Bu qarşılaşmada hesabı erkən açsaq, yaxşı nəticə qazana bilərik. Erkən qol vura bilsək, rəqibin oyun intizamı pozulacaq". 

Qeyd edək ki, Bakıda 1:3 hesabı ilə məğlub olan “Uypeşt” bu gün cavab matçında “Neftçi”ni Budapeştdə qəbul edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right