"Döyüşə hazırıq" - "Uypeşt"in baş məşqçisi

"İlk oyun göstərdi ki, "Neftçi" sürətli oyunçulara malikdir. Onlar təhlükəli, sürətli hücum etməyi bacarırlar.  Bu səbəbdən də diqqətli olmalı, rəqibin fərqlənməsinə şərait yaratmamalıyıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Uypeşt" klubunun futbolçusu Neboyşa Vinyeviç deyib.  

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan Macarıstan təmsilçisi bu gün öz meydanında cavab matçına çıxacaq.

Oyundan öncə baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib. O, "Neftçi"nin keçilməz rəqib olmadığını söyləyib: "Neftçi"səfər oyununda buraxdığımız səhvlərdən istifadə edib, bunu üstünlüyə çevirdi. Əfsuslar olsun ki, Bakıdakı matçda öz oyunumuzu sərgiləyə bilmədik.  Bundan başqa, komandamızın iki əsas futbolçusu viza probleminə görə, Bakıya buraxılmamışdı və bu, bizim üçün problem idi.  İlk görüşə fiziki cəhətdən də hazır deyildik.  Ancaq geridə qalan bir həftə ərzində bu yöndə irəliləyişə nail olmuşuq.  İndi həm fiziki, həm də psixoloji cəhətdən döyüşə hazırıq. Düzdü, geridönüş etmək çətin olacaq. Futbolçularıma inanıram, əminəm ki, əllərindən gələni edəcəklər". 

Qeyd edək ki, Budapeştdə keçiriləcək “Uypeşt” – “Neftçi” görüşü saat 23:00-da start götürəcək.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right