"Asan oyun olacağını düşünmürəm. Öz oyunumuzu ortaya qoymalı və layiqli mübarizə aparmalıyıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.
"Ağ-qaralar" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Macarıstanın "Uypeşt" klubunun qonağı olacaq.
Millimizin futbolçusu bu gün baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: "Düşünürəm ki, motivasiya əskikliyi olmayacaq. Söhbət Avropa arenasından gedir. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynamalıyıq".