"Neftçi" darmadağınla mübarizəni dayandırdı Yenilənib

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın xəbərinə görə, təmsilçimiz “Neftçi” də cavab matçına çıxacaq. Bakıda Macarıstan təmsilçisi "Uypeşt”i 3:1 hesabı ilə məğlub edən paytaxt komandası önəmli üstünlük qazanıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektivi Budapeştdə heç-heçə və minimal hesablı məğlubiyyət də qane edəcək.
 
Qeyd edək ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat  mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.
 
19 iyul


Avropa Liqası

1-ci təsnifat mərəhləsinin cavab oyunu

23:00.“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) - 4:0 

Qollar: Litauski, 19, Sankoviç, 21, Zsoter, 50, Nvobodo, 65

İlk oyun – 1:3
Baş hakim: İoannis Papadopulos (Yunanıstan)
Budapeşt. Şuşa Ferens stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right