"Neftçi" məşq edib, Macarıstana yola düşdü

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi” cavab matçının hazırlığını bu gün səhər məşqi ilə davam etdirib.

Newsport.az-ın məlumatına görə,  "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində zədəli Namik Ələskərovdan başqa bütün futbolçular iştirak ediblər. Komanda məşqdən sonra Macarıstana yola düşüb.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right