“Qəbələ” “Proqres” üçün gedir

İyulun 19-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər Lüksemburqa çatacaq komanda “Hilton” otelində məskunlaşacaq. “Qəbələ”nin səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

Xatırladaq ki, “Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qəbələdəki ilk oyunda təmsilçimiz 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right