"Neftçi" "Uypeşt"lə oyuna bir itki ilə hazırlaşır

İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib "Neftçi” PFK cavab matçının hazırlığını gündə bir məşqlə davam etdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu bu gün bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right