"Neftçi" "Uypeşt" üçün başladı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Macarıstan "Uypeşt”ini 3:1 hesabı ilə məğlub edən "Neftçi” komandası bir günlük fasilədən sonra cavab matçının hazırlığına start verib.
 
Newsport.az-ın məlumatına görə, flaqman "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Məşqdə zədəli Namik Ələskərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq bu gün axşam məşqi ilə davam edəcək.
 
Qeyd edək ki, iyulun 19-da Budapeştdəki "Ferents Şuşa” stadionunda keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right