Asif Məmmədov: "Proqres"ə səfərdə 4 qol vura bilərik"

“Birinci oyunumuz idi, yeni komandayıq. Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib. “Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra fikirlərini bildirən futbolçu buna baxmayaraq, ümidini itirmir.

Komandanı meydana kapitan kimi çıxaran Məmmədov səfərdə 4 qol vuracaqlarına inanır: “Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

32 yaşlı orta sahə oyunçusu əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: “Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavidin də yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right