"Neftçi"dən bilet açıqlaması

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində sabah saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyununa bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, satışa çıxarılmış 6000 ədəd biletin 60 faizdən çoxu satılıb. Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletlərin satışı saat 13:00-da "Dalğa Arena”ya köçürüləcək.

Xatırladaq ki, azarkeşlərimizin oyuna gedib-qayıtmaları təmin olunacaq. Bunun üçün ayrılan 16 ədəd avtobus saat 18:00-dan etibarən "Ulduz” metrostansiyası yaxınlığından stadiona yollanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right