Fariz Nəcəfov: "Avroliqada gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq"

"Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Luksemburq “Proqres”i ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Newsport.az həmin müsahibəni təqdim edir. 

- Komanda sabah yeni və cavan baş məşqçisi ilə ilk Avropa Liqası matçına çıxacaq. Onun avrokuboklarda təcrübəsis olması sizdə hər hansı bir narahatlıq yaradırmı?

- Bu barədə heç bir narahatçılığımız yoxdur. Komandada bəzi dəyişikliklər olub. Dəyişikliklər həm məşqçi baxımından həm də futbolçular baxımından reallaşıb. “Qəbələ”yə yeni cəlb olunan futbolçular da mövcuddur. Ona görə fərqli olacağını gözləyirik. İstənilən halda potensialımız nəyə çatırsa ona uyğun çıxış etməyə çalışacağıq.

- Komandanın kapitanı Cavid Hüseynovun olmamağını ciddi itki hesab etmək olarmı?

- Kimin olub-olmamağı bizdən asılı olmayan səbəbdir. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Cavid komandanın aparıcı futbolçusudur, həm də kapitanıdır.

- İlk oyunda qələbə vacib amildir. Bu matçda hansı nəticəyə ümid edirsiniz?

- Mən praqnoz verməyi xoşlamıram. Oyunun nəticəsi ilə bağlı əvvəlcədən danışmamışam. Amma əsas məsələ odur ki, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn komanda biz olaq. Rəqib ötən mövsüm Şotlandiyanın “Rengers” klubunu mübarizədən kənarlaşdırıb. Bu qarşılaşmalara maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq.

- Komandanın əsas hədəfi Avropa Liqasının qrupuna düşməkdir?

- Biz iki mövsüm ardıcıl olaraq qrupa düşəndə fərqli heyətlərlə mübarizə aparmışıq.Yeni qurulan komanda nadir hallarda uğur qazana bilir. Komandada kifayət qədər ciddi dəyişiklər var. Gücümüz nəyə çatsa onu da etməyə çalışacağıq.

- Sabahkı matçda klub prezidenti Taleh Heydərov iştirak edəcəkmi?

- Bu barədə məlumatım yoxdu. Tale müəllimlə danışmamışam, Ölkə xaricində idi, oyuna gələcəyini dəqiq bilmirəm.

- Komanda növbəti mərhələ çıxsa, yenə transfer gözlənilir?

- Yox. Transfer çalışamlarımız demək olar yekunlaşıb. Gördüyünüz futbolçularla yeni mövsümə başlayacağıq. Ola bilər ki, qışda kimsə getsin-gəlsin. Ancaq indiki halda heç bir transfer gözlənilmir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right