"Uypeşt"in Bakıya gəlişi yubandı

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Uypeşt” bu gün ölkəmizə səfər edir.

Newsport.az-ın məlumatına görə, komandanın Bakıya gəlişi yubanır.

Belə ki, Macarıstan təmsilçisini paytaxtımıza gətirən təyyarənin bir qədər gecikdiyi məlumatı verilib. Bu səbəbdən baş məşqçi Neboyşa Vinyeviçin bu gün keçirilməsi nəzərdə tutulan mətbuat konfransı ləğv edilib.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Uypeşt” matçı 21:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right