"Keşlə" Avropa Liqası üçün 22 futbolçu sifariş verdi

“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Maltanın “Baltsan” klubu ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Yuri Maksimov bu oyunlarda 22 futbolçunun xidmətindən yararlana biləcək.

Heyətdə yer alan futbolçulardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, dördü isə hücumçudu.

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev;

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı;

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna;

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədli.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right