"Keşlə"nin oyununun yeri dəyişdirildi

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib. 

Newsport.az-ın məlumatına görə, qarşılaşma iyulun 12-də Ta Qalidəki “Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right