"Keşlə"nin rəqibi: "Neftçi"yə qalib gələn məhəllə komandası

"Keşlə” klubunun Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun kimliyinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. "Baltsan" son mövsümü Premyer Liqada gümüş medallarla başa vurub. 

Belə ki, şəhərin gənclərindən təşkil olunan komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından I diviziona qayıdıblar. “Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. “Baltsan” 1/4 finala kimi irəliləyib.

Son mövsümdə 2-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda  2015-ci ildə debüt edib. 

Prezidenti Anton Taqliaferro olan klubu Marko Miçoviç çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. "Baltsan" 2016-ci ildə Avropa Liqasında "Neftçi" ilə üz-üzə gəlib.  Təmsilçimiz rəqibini  iki oyunun nəticəsinə görə üstələyib.  

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun Maltada, cavab oyunu isə Bakıda keçiriləcək.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right