"Qəbələ", "Neftçi" və "Keşlə"nin rəqibləri müəyyənləşdi YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək. Təmsilçilərimiz səpələnmişlər sırasında yer alacaqlar. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

Gümüş mükafatçı "Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.

Bürünc medalçı "Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq.

"Keşlə" - "Baltsan" (Malta)

"Neftçi" - “Uypeşt” (Macarıstan)

"Qəbələ" - “Proqres” (Lüksemburq)


Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right