Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı

Bu gün Avropa Liqasında 2018/19 mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, püşkatmada ilkin mərhələnin cütlükləri məlum olub.

Avroliqanın ilkin mərhələsində ilk görüşlər iyunun 28-də, cavab matçları iyulun 5-də keçiriləcək. Bu mərhələdə qalib gələn 7 komanda 1-ci təsnifat mərhələsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri olacaq.

Avropa Liqası, ilkin mərhələ

Avropa (Cəbəllütariq) - Priştina (Kosovo)
Sent Culia (Andorra) - Qzira Yunayted (Malta)
Enqordan (Andorra) - Folqore (San-Marino)
B36 Torshavn (Farer adaları) - Sent-Jozef (Cəbəllütariq)
Birkirkara (Malta) - Klaksvik (Farer adaları)
Tre Fiori (San-Marino) - Bala Taun (Uels)
Kevn Druids (Uels) - Trakai (Litva)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right