Avroliqada finalın hakimləri bəlli oldu

Futbol üzrə Avropa Liqasının final oyununun hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Marsel “Olimpik”i (Fransa) və “Atletiko” (İspaniya) arasında baş tutacaq həlledici qarşılaşma hollandiyalı hakimlər briqadasına həvalə edilib. 

Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona həmyerliləri Sander van Rokel və Ervin Zeynstra kömək edəcəklər. Köməkçi hakimlər Denni Makkeyl və Paulus van Bokel olacaqlar. Polşalı referi Şimon Marçinyak isə matçın ehtiyat hakimi təyin edilib. Məlumatı UEFA yayıb.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 16-da, Lionda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right