Arsen Venger: "Hər yerdə də fərqlənmək gücünə sahibik"

Avroliqanın ½ final mərhələsinin ilk oyununda doğma azarkeşlər önündə “Atletiko Madrid”i qəbul edən “Arsenal” (1-1) klubunun baş məşqçisi Arsen Venger oyundan sonra jurnalistlərə açıqlama verib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis güclü bir rəqiblə qarşı-qarşıya olduqlarını bildirib:

“Heç düşünmədiyimiz bir hesab oldu. Adi epizodda qapımızda qol gördük. İlk yarıda əlimizə düşən imkanlardan yararlansaydıq ilk oyundan cütün taleyini həll etmiş olardıq. Lakin heç nə bitmədi. Düzdür, rəqibimiz çox güclüdür. Ancaq biz də zəif deyilik. Pozitiv düşünmək lazımdır. İrəlidə bir oyunumuz da var”.

Cavab görüşünü də dəyərləndirən çalışdırıcı sözlərinə bunları əlavə edib: “Biz doğma meydanda qapımızda qol görə bilərik, ancaq hər yedə də fərqlənmək gücünə sahibik.Önəmli olan nə düşünməyiniz deyil, cavab matçında nələr edə biləcəyinizdir”.

 





Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right