Londonda "sülh", "Marsel" "Zalsburq"u məğlub etdi Yenilənib

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az
-ın məlumatına görə, erkən final adlanan oyunda London “Arsenal”ı Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atlletiko”nu qəbul edib. 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, Madrid klubu səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. Qrizmannın qolu cavab oyunu öncəsi "Atletiko"ya üstünlük qazandıb. 

Digər görüşdə isə turnirin sürpriz komandası sayılan “Zalsburq” Fransada “Marsel”in qonağı olub. Lakin Avstriya klubunun bu dəfə sensasiyaya gücü çatmayıb. Hər hissədə 1 qol vuran Fransa klubu qələbə qazanıb.


26 aprel

Avropa Liqası

Yarımfinalın ilk oyunları

 

 

23:05. “Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1 
Qollar: 
Lakazet, 61 (1:0), Qrizmann, 82 (1:1)
Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Arsenal” stadionu

 

23:05. “Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0 
Qollar: Tauvin, 16, N`Jie, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. “Velodrom” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right