Avroliqa matçında insident

Avroliqanın 1/8 final mərhələsinin cavab oyunununda insident qeydə alınıb. 

Newsport.az xəbər verir ki, İspaniyanın “Atletik” və Fransanın “Olimpik” (Marsel) klubları arasında keçirilmiş görüş öncəsi, 

"Olimpik Marsel" klubunun azarkeşləri matçın keçirildiyi “San Mames” stadionunun mühafizəçilərinə hücum ediblər. Tərəflər arasındakı dava-dalaş arenanın təhlükəsizlik xidmətinin iki əməkdaşının yaralanması ilə nəticələnib. Münaqişə polisin müdaxiləsi nəticəsində sakitləşib və qalmaqal yaradan bir neçə şəxs saxlanılıb.

Qeyd edək ki, bu oyunda 1-2 hesablı qələbə qazanan Marsell təmsilçisi adını  1/4  finala yazdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right