"Qəbələ"dən "Kəpəz"ə 4 cavabsız qol

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. 

Newsport.az saytının məlumatına görə, “Qəbələ”nin U-19 komandası lideri olduğu Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Qırmızı-qaralar” bu gün baş tutan ev oyununda “Neftçi”dən 3 xal alıb – 1:0. 15 matçda 41 xal toplayan “Qəbələ” çempionatın turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Öz meydanında “Kəpəz”lə qarşılaşan U-17 isə böyükhesablı qələbəyə sevinib – 4:0. 21 görüşdə 54 xal yığan komanda yarışın lideridi. 

U-16 səfərdə “Neftçi”nin qonağı olub. 1:0 hesablı qələbə qazanan “Qəbələ” 17 matçdan sonra 43 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. 

“Sumqayıt”la səfərdə görüşən U-15 də turu qələbə ilə başa vurub. 2:1 hesabı ilə qalib gələn “Qəbələ” 17 görüşdə 46 xal toplayıb. “Qırmızı-qaralar” çempionatın vahid lideridi.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right