Prezident komandasına 1 milyon avro mükafat təklif etdi Avroliqa

Yunanıstanın AEK klubunun sahibi Dimitris Melissanidis komanda üzvlərinə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Kiyev “Dinamo”sunu (Ukrayna) mübarizədən kənarlaşdıracaqları halda böyük mükafat söz verib.

Newsport.az xəbər verir ki, sözügedən kollektiv 1/8 finala vəsiqə qazansa, oyunçuların hər biri 1 milyon avro mükafat əldə edəcək. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl də Melissanidis komandasına Avroliqanın qrupundan çıxacaqları halda da 300 min avro mükafat vəd etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right