Avroliqada həftənin ən yaxşısı müəyyənləşib

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Newsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən, Rusiyanın “Zenit” klubunun müdafiəçisi Branislav İvanoviç son turun ən yaxşı oyunçusu seçilib.

 

Serbiyalı futbolçu sorğuda Manuel Fernandes ("Lokomotiv"), Marin Aniçiç ("Astana"), Junior Moraes ("Dinamo" Kiyev), Oqnen Vraneş (AEK), Aris Aduris ("Atletik" Bilbao), Cek Uilşir ("Arsenal") və Harlem Qnoereni ("Styaua") qabaqlayıb. O, səslərin 39 faizini toplayıb.

 

İvanoviç "Real Sosyedad"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right