Qara Qarayevi cəzalandıran hakim "Qarabağ"ın oyununda

Çempionlar Liqasında “Qarabağ”ın “Atletiko” ilə ev oyununu idarə edəcək Ruddi Buke karyerasında 2-ci dəfə təmsilçilərmizin oyununu idarə edəcək.

Newsport.az-ın məlumatına görə, fransalı referinin yolu komandalarmızla ilk dəfə 2015-ci ildə kəsişib.

AÇ-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiya ilə qolsuz bərabərə qaldığımız matçı da məhz o idarə etmişdi. Referi həmin görüşdə hər iki komandanın 3 futbolçusuna sarı vərəqə göstərmişdi. Referinin xəbərdarlıq etdiyi futbolçulardan biri də ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev olub.

Qeyd edək ki, 2011-ci ildən FİFA referisi statsunu daşıyan Bukke indiyə kimi idarə etdiyi 53 beynəlxalq qarşılaşmada futbolçulara 227 sarı, 14 qırmızı vərəqə göstərib. O, 14 dəfə də qapılara penalti təyin edib

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right