Avroliqada ilk turun ən yaxşı oyunçusu məlum oldu

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. 
O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.

Sonrakı yerləri Saman Qoddos ("Ostersun", 7 faiz), Aleksis Sançes ("Arsenal", 3 faiz), Alexandro Qomes ("Atalanta", 1 faiz) və Dieqo Lyorente ("Real Sosyedad", 1 faiz) tutub. Memfis Depay ("Olimpik", Lion) isə səslərin heç 1 faizini də qazana bilməyib.

Qeyd edək ki, ilk turun ən yaxşısı seçilən Budesku Çexiyanın “Viktoriya” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right